Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

RİH başçısının Çinarlı kəndinin sakinləri ilə növbəti səyyar görüşü keçirilmişdir

12 sentyabr 2024 | 10:43

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Çinarlı kəndində rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin növbəti səyyar qəbulu-görüşü keçirilmişdir.

Rayonun hüquq-mühafizə orqanları və aidiyyəti qurumların rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri dinlənilmişdir.

Müraciətlər kəndin qazlaşdırılmasına, kənd məscidinin təmir olunmasına, giriş yolunun kənarına suötürücü arxın çəkilməsinə, vətəndaşa məxusus əmlaka bitişik torpaq sahəsinin alınmasına və əkin sahəsinə suvarma suyunun çatdırılmasına köməklik göstərilməsi ilə bağlı olmuşdur. 

 Qəbulda vətəndaşların müraciətləri dinlənilmiş, qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmişdir.

 

Keçidlər