Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

RİH başçısının Çüdülü kəndinin sakinləri ilə növbəti səyyar görüşü keçirilmişdir.

24 may 2023 | 09:27

     Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Çüdülü  kəndində 23 may 2023-ci il tarixində rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin səyyar qəbulu-görüşü keçirilmişdir.

     Rayonun hüquq-mühafizə orqanları və aidiyyəti qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların  müraciətləri dinlənilmişdir. Müraciətlər kəndin yeni yaşayış massivindəki qəzalı elektrik dirəklərinin dəyişdirilməsinə, kəndə qaz xəttinin çəkilməsinə, məktəbin həyətindəki irigövdəli ağacın budanmasına, kənd sakininin özünüməşğulluq proqramına qoşulmasına, vətəndaşın həyətyanı məqsədilə bələdiyyədən aldığı torpaq sahəsinin sənədləşdirilməsinə köməklik göstərilməsi ilə bağlı olmuşdur.

     Qəbulda iştirak edən vətəndaşların müraciətləri dinlənilmiş, qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq  tədbirlərin görüləcəyi bildirilmişdir. 

Keçidlər