RİH başçısının Çudulu kəndinin sakinləri ilə səyyar görüşü keçirilmişdir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Çudulu kəndində rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin növbəti səyyar qəbulu-görüşü keçirilmişdir.
Rayonun hüquq-mühafizə orqanları və aidiyyəti qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri dinlənilmişdir.
Müraciətlər kəndə qaz çəkilişinin tezləşdirilməsinə, kəndin 300 ailəsinin məskunlaşdığı yeni yaşayış massivinə içməli su xəttinin çəkilməsinə, Çudulu və Güllük kənddaxili yolunun təmir olunmasına, Qapıçay çayının məcrasının təmizlənməsinə, kənddaxili yolların təmir olunmasına, kəndin yeni yaşayış massivində yerləşən fərdi yaşayış evinə elektrik xəttinin çəkilməsinə köməklik göstərilməsi ilə bağlı olmuşdur.
Qəbulda vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin görüləcəyi bildirilmişdir.