Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

RİH başçısının Dəymədağlı kəndinin sakinləri ilə növbəti səyyar görüşü keçirilmişdir.

24 fevral 2023 | 16:46

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq  Dəymədağlı kəndində 24 fevral 2023-ci il tarixində rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin səyyar qəbulu-görüşü keçirilmişdir.

Rayonun hüquq-mühafizə orqanları və aidiyyəti qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların  müraciətləri dinlənilmişdir. Müraciətlər kəndin  suvarma kanalının texnika vasitəsi ilə təmizlənməsi, suvarma suyunun Almalı və Dəymədağlı kəndlərinə qrafik əsasında verilməsi, fərdi yaşayış evinə qaz xəttinin çəkilişi üçün dövlət rüsumunun ödəndiyi bildirilərək  qaz xəttinin çəkilməsinin tezləşdirilməsi ilə bağlı olmuşdur.

Qəbulda iştirak edən vətəndaşların müraciətləri dinlənilmiş, qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq  tədbirlərin görüləcəyi bildirilmişdir. Sonda Vətən müharibəsi iştirakçılarıyla görüş keçirilmişdir.

 

Keçidlər