Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

RİH başçısının Dəymədağlı kəndinin sakinləri ilə səyyar görüşü keçirilmişdir

12 fevral 2024 | 11:23

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Dəymədağlı kəndində rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin növbəti səyyar qəbulu-görüşü keçirilmişdir.

Rayonun hüquq-mühafizə orqanları və aidiyyəti qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri dinlənilmişdir.

Müraciətlər kənd şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə xatirə lövhəsinin hazırlanmasına, uşaq bağçasının yeni binasının tikilməsinə, kənd sakinlərinə məxsus pay torpaq sahələrinə yaxın ərazidəki çayın məcrasının texnika vasitəsi ilə təmizlənməsinə, sakinlərə məxsus köhnə nəqliyyat vasitələrinin sənədləşdirilməsinə, Dəymədağlı kəndi ilə Almalı kəndini birləşdirən yola asfalt örtüyünün çəkilməsinə  köməklik göstərilməsi ilə bağlı olmuşdur.

Qəbulda vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin görüləcəyi bildirilmişdir.

Keçidlər