Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

RİH başçısının Əlibəyli kəndinin sakinləri ilə səyyar görüşü keçirilmişdir

08 fevral 2023 | 11:52

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Əlibəyli kəndində 7 fevral 2023-ci il tarixində rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin səyyar qəbulu-görüşü keçirilmişdir.

Rayonun hüquq-mühafizə orqanları və aidiyyəti qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri dinlənilmişdir. Müraciətlər kənddə internet xidmətinin və içməli su təminatının yaxşılaşdırılmasına, telefon xətləri üçün yeni dayaqların quraşdırılmasına, suvarma suyunun təsərrüfata qrafikə uyğun verilməsinə, kənddaxili yola çınqılın döşənməsinə, pay torpaq sahələri üçün reysterdən çıxarışın alınmasına görə müvafiq məlumatın verilməsinə, Qəhvəyi mərmər bağacığı və ona qarşı mübarizə tədbirləri barədə məlumatın verilməsinə, məktəbin idman zalına idman kəndirinin verilməsinə köməklik göstərilməsi ilə bağlı olmuşdur.

Qəbulda iştirak edən vətəndaşların müraciətləri dinlənilmiş, qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin görüləcəyi bildirilmişdir.

 

Keçidlər