RİH başçısının Əmbərçay kəndində sakinlərlə növbəti səyyar görüşü keçirilmişdir.
Əmbərçay kəndində 27 sentyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin səyyar qəbulu-görüşü keçirilmişdir.
Rayonun hüquq-mühafizə orqanları və aidiyyəti qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri dinlənilmişdir.Müraciətlər kənddəki qəzalı elektrik dirəklərinin dəyişdirilməsi həmçinin elektrik enerjisi verilişi zamanı vaxtaşırı baş verən qısaqapanmaların aradan qaldırılması, kəndə qaz çəkilişinin tezləşdirilməsi, kənddaxili yolların asfaltlanması və vətəndaşın babasına məxsus evin əmisi tərəfindən qeyri-qanuni şəkildə sənədləşdirilməsi məsələsinə aydınıq gətirilməsinə köməklik göstərilməsi barədə olmuşdur.
Qəbulda iştirak edən vətəndaşların müraciətləri dinlənilmiş, qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin görüləcəyi bildirilmişdir. Sonda qazilərlə görüş keçirilmişdir.