Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

RİH başçısının Əmbərçay kəndinin sakinləri ilə növbəti səyyar görüşü keçirilmişdir.

06 sentyabr 2024 | 15:15

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Əmbərçay kəndində rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin növbəti səyyar qəbulu-görüşü keçirilmişdir.

Rayonun hüquq-mühafizə orqanları və aidiyyəti qurumların rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri dinlənilmişdir.

Müraciətlər kəndin elektrik təchizatının yaxşılaşdırılmasına, kənddaxili yolların təmir olunmasına, kəndin qazlaşdırılmasına, kənddə içməli su probleminin həll olunması məqsədi ilə əlavə artezian quyusunun qazılmasına köməklik göstərilməsi ilə bağlı olmuşdur. 

Qəbulda vətəndaşların müraciətləri dinlənilmiş, qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmişdir.

 

Keçidlər