Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

RİH başçısının Əmircan kəndində sakinlərlə növbəti səyyar görüşü keçirilmişdir

23 noyabr 2022 | 14:44

     Əmircan kəndində  22 noyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin səyyar qəbulu-görüşü keçirilmişdir.

     Rayonun hüquq-mühafizə orqanları və aidiyyəti qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların  müraciətləri dinlənilmişdir. Müraciətlər kəndin yeni yaşayış massivinə qaz xəttinin çəkilməsinə, kənddəki qəzalı elektrik dirəklərinin dəyişdirilməsinə, kəndin küçələrinin işıqlandırılmasına, aqrar islahat zamanı əmlak payı kimi verilmiş obyektə elektrik sayğacının qoyulmasına, vətəndaşların mülkiyyətində olan  bağ sahələrinin sənədləşməsinə, həyətyanı torpaq sahəsinin   verilməsinə, özünəməşğulluq proqramına qoşulmasına və  münasib işlə təmin olunmasına  köməklik göstərilməsi ilə bağlı olmuşdur.

      Qəbulda iştirak edən vətəndaşların müraciətləri dinlənilmiş, qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq  tədbirlərin görüləcəyi bildirilmişdir. Sonda şəhid ailəsi və Vətən müharibəsi iştirakçıları ilə görüş keçirilmişdir.

Keçidlər