Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

RİH başçısının Əmircan kəndinin sakinləri ilə növbəti səyyar görüşü keçirilmişdir

10 oktyabr 2023 | 14:55

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Əmircan kəndində 10 oktyabr 2023-cü il tarixində rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin səyyar qəbulu-görüşü keçirilmişdir.

Rayonun hüquq-mühafizə orqanları və aidiyyəti qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri dinlənilmişdir. Müraciətlər kənd yolunun təmir olunmasına, bağçanın döşəməsinin yenilənməsinə, elektrik xətlərindəki nasazlıqların aradan qaldırılmasına, çay sularının bağ sahalərinə düşməsinin qarşının alınmasına, vətəndaşlara məxsus torpaq sahələrinin sənədləşdirilməsinə köməklik göstərilməsi ilə bağlı olmuşdur.

Qəbulda vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin görüləcəyi bildirilmişdir.

 

Keçidlər