Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

RİH başçısının Güllük kəndinin sakinləri ilə növbəti səyyar görüşü keçirilmişdir.

31 yanvar 2023 | 17:44

     Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq  Güllük kəndində 31 yanvar 2023-ci il tarixində rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin səyyar qəbulu-görüşü keçirilmişdir.

     Rayonun hüquq-mühafizə orqanları və aidiyyəti qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların  müraciətləri dinlənilmişdir. Müraciətlər kənddə vətəndaşlara məxsus bağ sahələrinin sənədləşməsinə, yay aylarında suvarma suyunun sahələrə daha tez çatdırılması üçün köhnə su kanalı vasitəsi ilə verilməsinə, məktəbin qarşısındakı avtomobil yoluna sürət məhdudiyyəti  yol nişanının qoyulmasına, kəndin küçələrinin işıqlanmasına, ərazidəki elektrik transfarmatorunun yenisi ilə əvəz olunmasına köməklik göstərilməsi  ilə bağlı olmuşdur.

      Qəbulda iştirak edən vətəndaşların müraciətləri dinlənilmiş, qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq  tədbirlərin görüləcəyi bildirilmişdir.  Sonda Vətən müharibəsi iştirakçısı ilə görüş keçirilmişdir.

 

 

Keçidlər