Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

RİH başçısının Güllük kəndinin sakinləri ilə səyyar görüşü keçirilib

16 yanvar 2024 | 12:28

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Güllük kəndində rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin növbəti səyyar qəbulu-görüşü keçirilmişdir.

Rayonun hüquq-mühafizə orqanları və aidiyyəti qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri dinlənilmişdir.

Müraciətlər kəndin daxili küçələrinin təmir olunmasına, kəndə qaz çəkilişinin sürətləndirilməsinə, 25 ailənin yaşadığı küçədə içməli su probleminin həll olunmasına, kəndin avtobus dayanacağının bərpa olunmasına və küçələrinin işıqlandırılmasına, kəndin uşaq bağçasının binasının əsaslı təmir olunmasına köməklik göstərilməsi ilə bağlı olmuşdur.

Qəbulda vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin görüləcəyi bildirilmişdir.

                                                      

Keçidlər