Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

RİH başçısının İlisu kəndinin sakinləri ilə növbəti səyyar görüşü keçirilmişdir.

06 iyul 2022 | 16:56

       İlisu kəndində 5 iyul 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin səyyar qəbulu-görüşü keçirilmişdir.

       Rayonun hüquq-mühafizə orqanları və aidiyyəti qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşlar tərəfindən müraciətlər dinlənilmişdir. Müraciətlər  kəndin dəyirmanına gedən yolun təmir olunmasına, “Ulu Dağ” istirahət mərkəzinin yaxınlığındakı ərazinin zəbt olunmasının qarşısının alınmasına, “Sumu Qala” tarixi qala kompleksinin yaxınlığındakı  kanalın təmizlənməsinə, vətəndaşın həyətyanıya bitişik torpaq sahəsinin özəlləşdirilməsinə, İlisu kənd orta məktəbinin yardımcı binasına bitişik olması səbəbindən  kənd sakininə məxsus fərdi yaşayış evinin təmirində yaranan maneçiliyin həll olunmasına, Vətən müharibəsi iştirakçısının özünəməşğulluq proqramına qoşulmasına  köməklik göstərilməsi ilə bağlı olmuşdur.

          Qəbulda iştirak edən vətəndaşların müraciətləri dinlənilmiş,  qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti  qurumlara müvafiq tapşırıq və tövsiyələr verilmişdir. Sonda  vətən müharibəsi iştirakçıları ilə  görüş təşkil olunmuşdur.

Keçidlər