Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

RİH başçısının İngiloy Kötüklü kəndinin sakinləri ilə növbəti səyyar görüşü keçirilmişdir.

06 iyun 2023 | 17:47

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq İngiloy Kötüklü  kəndində 23 may 2023-ci il tarixində rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin səyyar qəbulu-görüşü keçirilmişdir.

Rayonun hüquq-mühafizə orqanları və aidiyyəti qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların  müraciətləri dinlənilmişdir. Müraciətlər kənddə elektrik dirəklərinin dəyişdirilməsinə, içməli su probleminin həll olunmasına,  mədəniyyət evinin təmir olunmasına, vətəndaşın özünəməxsus bağ sahəsinin sənədləşməsinə, suvarma suyundan istifadə etmək üçün suötürücü borunun verilməsinə köməklik göstərilməsi ilə bağlı olmuşdur.

Qəbulda iştirak edən vətəndaşların müraciətləri dinlənilmiş, qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq  tədbirlərin görüləcəyi bildirilmişdir. 

 

Keçidlər