Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

RİH başçısının İngiloy Kötüklü kəndinin sakinləri ilə səyyar görüşü keçirilmişdir

22 may 2024 | 14:47

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq İngiloy Kötüklü kəndində rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin növbəti səyyar qəbulu-görüşü keçirilmişdir.

Rayonun hüquq-mühafizə orqanları və aidiyyəti qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri dinlənilmişdir.

Müraciətlər kənddə rəqs fəaliyyəti ilə məşğul olmaq istəyən gənclər üçün müvafiq yerin ayrılmasına, kəndin ara küçələrinin işıqlandırılmasına, kəndin 25 təsərrüfatının olduğu ərazisindəki içməli su probleminin həllinə, vətəndaşın bağ sahəsinin sərhədlərinin müəyyənləşdirilməsi ilə bağlı problemin həllinə köməklik göstərilməsi ilə bağlı olmuşdur.

Qəbulda vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin görüləcəyi bildirilmişdir.

 

Keçidlər