Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

RİH başçısının Ləkit kəndinin sakinləri ilə növbəti səyyar görüşü keçirilmişdir.

07 iyul 2023 | 17:46

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Ləkit kəndində 7 iyul 2023-ci il tarixində rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin səyyar qəbulu-görüşü keçirilmişdir.

     Rayonun hüquq-mühafizə orqanları və aidiyyəti qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların  müraciətləri dinlənilmişdir. Müraciətlər kənddə içməli su xəttinin əsaslı təmir olunmasına, qaz xəttinin çəkiliməsinə, həyətyanı sahədə qəzalı elektrik dirəklərinin dəyişdirilməsinə, kəndin daxili küçələrində daş üzlüyün döşənməsinə, həyətyanı torpaq sahəsinin təmin olunmasına köməklik göstərilməsi ilə bağlı olmuşdur.

     Qəbulda iştirak edən vətəndaşların müraciətləri dinlənilmiş, qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq  tədbirlərin görüləcəyi bildirilmişdir. 

 

Keçidlər