Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

RİH başçısının Ləkit Kötüklü kəndinin sakinləri ilə növbəti səyyar görüşü keçirilmişdir

18 iyul 2022 | 12:02

     Ləkit kötüklü  kəndində 14 iyul 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin növbəti səyyar qəbulu-görüşü keçirilmişdir.          

     Rayonun hüquq-mühafizə orqanları və aidiyyəti qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşlar tərəfindən müraciətlər dinlənilmişdir. Müraciətlər  kənddə   mövcud su dəyirmanına təhlükə yaradan çayın  məcrasının, qəzalı elektrik dirəklərinin dəyişdirilməsinə, kənd və kəndarası yolların təmir olunmasına köməklik göstərilməsi ilə bağlı olmuşdur.

     Qəbulda iştirak edən vətəndaşların müraciətləri dinlənilmiş,  qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti  qurumlara müvafiq tapşırıq və tövsiyələr verilmişdir. Sonda  vətən müharibəsi iştirakçısı ilə  görüş təşkil olunmuşdur.

Keçidlər