Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

RİH başçısının Ləkit Malax kəndində sakinlərlə növbəti səyyar görüşü keçirilmişdir

12 oktyabr 2022 | 16:48

Ləkit Malax  kəndində 11 oktyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin səyyar qəbulu-görüşü keçirilmişdir.

Rayonun hüquq-mühafizə orqanları və aidiyyəti qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri dinlənilmişdir. Müraciətlər kənddəki qəzalı elektrik dirəklərinin dəyişdirilməsinə, körpünün alt hissəsində çay yatağının tullantılardan təmizlənməsinə, kənddə vətəndaşlara məxsus bağ sahələrinin sənədləşməsinə və kənd yolunun bir hissəsində olan çalaların təmirinə köməklik göstərilməsi ilə bağlı olmuşdur.

Qəbulda iştirak edən vətəndaşların müraciətləri dinlənilmiş, qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin görüləcəyi bildirilmişdir. Sonda Vətən müharibəsi iştirakçıları ilə görüş keçirilmişdir.

 

Keçidlər