Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

RİH başçısının Ləkit Malax kəndinin sakinləri ilə növbəti səyyar görüşü keçirilmişdir.

11 avqust 2023 | 17:25

     Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Ləkit Malax kəndində 11avqust 2023-ci il tarixində rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin səyyar qəbulu-görüşü keçirilmişdir.

     Rayonun  aidiyyəti qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların  müraciətləri dinlənilmişdir. Müraciətlər kənddə suvarma suyu üçün artezian quyusunun qazılmasına, kənddaxili yolun təmir olunmasına, qaz xəttinin çəkilməsinə, qeyri-sabit hava şəraiti zamanı elektik xəttində yaranan problemlərin aradan qaldırılmasına  köməklik   göstərilməsi ilə bağlı olmuşdur.

     Qəbulda iştirak edən vətəndaşların müraciətləri dinlənilmiş, qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq  tədbirlərin görüləcəyi bildirilmişdir. 

 

 

Keçidlər