Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

RİH başçısının Lələli kəndində sakinlərlə növbəti səyyar görüşü keçirilmişdir.

02 noyabr 2022 | 12:16

Lələli kəndində 1 noyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin səyyar qəbulu-görüşü keçirilmişdir.

Rayonun hüquq-mühafizə orqanları və aidiyyəti qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların  müraciətləri dinlənilmişdir. Müraciətlər kəndə qaz xəttinin çəkilməsinə, elektrik enerjisi təchizatında olan problemlərin həllinə, suvarma probleminin həll olunması üçün mövcud kanalın betonla üzlənməsinə köməklik göstərilməsi ilə bağlı olmuşdur.

Qəbulda iştirak edən vətəndaşların müraciətləri dinlənilmiş, qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq  tədbirlərin görüləcəyi bildirilmişdir. Sonda şəhid ailələri ilə görüş keçirilmişdir.

 

 

Keçidlər