Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

RİH başçısının Lələli kəndinin sakinləri ilə növbəti səyyar görüşü keçirilmişdir

23 noyabr 2024 | 09:35

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Lələli kəndində rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin növbəti səyyar qəbulu keçirilmişdir.

Rayonun hüquq-mühafizə orqanları və aidiyyəti qurumların rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri dinlənilmişdir.

Müraciətlər kəndə qaz xəttinin çəkilməsinə, suvarma kanalının beton səddə salınmasına köməklik göstərilməsi ilə bağlı olmuşdur. 

Qəbulda qaldırılan məsələlərin  həlli ilə bağlı aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilmişdir.

 

Keçidlər