Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

RİH başçısının Lələpaşa kəndində sakinlərlə növbəti səyyar görüşü keçirilmişdir

27 oktyabr 2022 | 10:51

Lələpaşa  kəndində 25 oktyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin səyyar qəbulu-görüşü keçirilmişdir.

Rayonun hüquq-mühafizə orqanları və aidiyyəti qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri dinlənilmişdir. Müraciətlər kənd məktəbində  istiliklə bağlı yaranmış problemin həllinə, kəndə qaz xəttinin çəkilməsinə, kənd yollarında yaranmış çalaların təmir olunmasına köməklik göstərilməsi ilə bağlı olmuşdur.

Qəbulda iştirak edən vətəndaşların müraciətləri dinlənilmiş, qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin görüləcəyi bildirilmişdir. Sonda Vətən müharibəsi iştirakçıları ilə görüş keçirilmişdir.

 

Keçidlər