RİH başçısının Lələpaşa kəndinin sakinləri ilə növbəti səyyar görüşü keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Lələpaşa kəndində rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin növbəti səyyar qəbulu-görüşü keçirilmişdir.
Rayonun hüquq-mühafizə orqanları və aidiyyəti qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri dinlənilmişdir.
Müraciətlər kənd məscidinin təmir olunmasına, kəndə qaz xəttinin çəkilməsinə, kəndin küçələrinin işıqlandırılmasına, kəndin istifadə olunmayan qəzalı məktəb binasının sökülməsinə və kəndin 40 tüsərrüfatının yerləşdiyi ərazidə elektrik enerjisi təchizatının yaxşılaşdırılmasına köməklik göstərilməsi ilə bağlı olmuşdur.
Qəbulda vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin görüləcəyi bildirilmişdir.