Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

RİH başçısının Meşəbaş kəndinin sakinləri ilə növbəti səyyar görüşü keçirilmişdir.

14 mart 2023 | 16:53

   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq  Meşəbaş kəndində 14 mart 2023-ci il tarixində rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin səyyar qəbulu-görüşü keçirilmişdir.

     Rayonun hüquq-mühafizə orqanları və aidiyyəti qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların  müraciətləri dinlənilmişdir. Müraciətlər kəndə suvarma suyunun verilməsinə, kənddaxili  yolların təmir olunması üçün qum-çınqılın tökülməsinə, qəzalı elektrik dirəklərinin, həmçinin futbol meydançasının ətrafında olan elektrik xətlərinin yerinin dəyişdirilməsinə, məktəbin həyətindəki transformator yarımstansiyasının yerləşdiyi ərazinin hasarlanmasına köməklik göstərilməsi ilə bağlı olmuşdur.

      Qəbulda iştirak edən vətəndaşların müraciətləri dinlənilmiş, qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq  tədbirlərin görüləcəyi bildirilmişdir. 

 

Keçidlər