Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

RİH başçısının Meşəbaş kəndinin sakinləri ilə səyyar görüşü keçirilmişdir

15 mart 2024 | 18:01

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Meşəbaş kəndində rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin növbəti səyyar qəbulu-görüşü keçirilmişdir.

Rayonun hüquq-mühafizə orqanları və aidiyyəti qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri dinlənilmişdir.

Müraciətlər kənddaxili yolların və kəndin giriş hissəsindəki suötürücü körpünün təmirinə, kənd məktəbinin dam örtüyünün və hasarının təmirinə, kəndin qəbrstanlığında abadlıq işlərinin aparılması üçün texnika verilməsinə  köməklik göstərilməsi ilə bağlı olmuşdur.

Qəbulda vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin görüləcəyi bildirilmişdir.

Keçidlər