RİH başçısının növbəti səyyar görüşü keçirilmişdir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Fıstıqlı kəndində rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin növbəti səyyar qəbulu keçirilmişdir.
Rayonun hüquq-mühafizə orqanları və aidiyyəti qurumların rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri dinlənilmişdir.
Müraciətlər kənddə 15 təsərrüfatın olduğu ərazidə qəzalı vəziyyətdə olan 11 ədəd elektrik dirəyinin dəyişdirilməsinə, Fıstıqlı kəndi ilə Çudulu kəndini birləşdirən 3 km uzunluğunda olan kənddaxili yolun texnika vasitəsilə hamarlanmasına, kəndin yaxınlığından keçən suvarma kanalının 0.5 km məsafəlik hissəsinin texnika vasitəsilə təmizlənməsinə köməklik göstərilməsi ilə bağlı olmuşdur.
Qəbulda qaldırılan məsələlər nəzarətə götürülərək, onların həlli ilə bağlı rayonda fəaliyyət göstərən xidmət təşkilatlarına müvafiq tapşırıqlar verilmişdir.