RİH başçısının Oncalı kəndinin sakinləri ilə növbəti səyyar görüşü keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Oncalı kəndində 1mart 2023-ci il tarixində rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin səyyar qəbulu-görüşü keçirilmişdir.
Rayonun hüquq-mühafizə orqanları və aidiyyəti qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri dinlənilmişdir. Müraciətlər kəndə qaz xəttinin çəkilməsinə, suvarma kanalının təmiri və təmizlənməsinə, vətəndaşların mülkiyyətində olan bağ sahəsinə gedən yolun açılmasına köməklik göstərilməsi ilə bağlı olmuşdur.
Qəbulda iştirak edən vətəndaşların müraciətləri dinlənilmiş, qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin görüləcəyi bildirilmişdir.