Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

RİH başçısının Qapıçay kəndinin sakinləri ilə növbəti səyyar görüşü keçirilmişdir.

13 iyun 2023 | 16:57

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Qapıçay kəndində 13 iyun 2023-ci il tarixində rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin səyyar qəbulu-görüşü keçirilmişdir.

    Rayonun hüquq-mühafizə orqanları və aidiyyəti qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların  müraciətləri dinlənilmişdir. Müraciətlər kənddə elektrik dirəklərinin dəyişdirilməsinə, mövcud artezian quyusundan su xəttinin çəkilməsinə, daxili yolun təmiri üçün texnikanın verilməsinə, qaz xəttinin çəkilişinə, xəstə uşağın müayinəsi üçün maddi köməkliyin edilməsinə, dövlət məşğulluq mərkəzi tərəfindən özünəməşğulluq proqramına cəlb olunması üçün lazım olan avadanlığın verilməsinə köməklik göstərilməsi ilə bağlı olmuşdur.

    Qəbulda iştirak edən vətəndaşların müraciətləri dinlənilmiş, qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq  tədbirlərin görüləcəyi bildirilmişdir. 

 

Keçidlər