Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

RİH başçısının Qarabaldır kəndində sakinlərlə növbəti səyyar görüşü keçirilmişdir.

20 dekabr 2022 | 18:04

Qarabaldır  kəndində 20 dekabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin səyyar qəbulu-görüşü keçirilmişdir.

 Rayonun hüquq-mühafizə orqanları və aidiyyəti qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların  müraciətləri dinlənilmişdir. Müraciətlər kəndin yeni yaşayış massivində yolun temiri ilə bağlı çınqılın tökülməsinə və yolda çalaların təmir olunmasına, elektrik enerjisində yaranan fasilələrin aradan qaldırılmasına, internet xətdinin çəkilişinə, piyada keçidi üçün yol nişanlarının qoyulmasına, vətəndaşın özünüməşğulluq proqramına qoşularaq lazimi avadanlığın alınmasına köməklik göstərilməsi ilə bağlı olmuşdur.

  Qəbulda iştirak edən vətəndaşların müraciətləri dinlənilmiş, qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq  tədbirlərin görüləcəyi bildirilmişdir. Sonda Vətən  müharibəsi iştirakçıları ilə görüş keçirilmişdir.

Keçidlər