Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

RİH başçısının Qarabaldır kəndinin sakinləri ilə növbəti səyyar görüşü keçirilmişdir.

11 dekabr 2023 | 16:25

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Qarabaldır kəndində rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin növbəti səyyar qəbulu-görüşü keçirilmişdir.

Rayonun hüquq-mühafizə orqanları və aidiyyəti qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri dinlənilmişdir.

Müraciətlər taxıl sahələrində olan gəmiricilərə qarşı müvafiq tədbirlərin görülməsinə, kəndin daxilindəki suvarma kanalının məcrasının təmizlənməsinə, kənd təsərrüfatı texnikasına əlavə olunan qoşquların sənədləşməsinə,  vətən müharibəsində iştirak edən kənd sakinlərinə qaz xəttinin güzəştlə çəkilməsinə köməklik göstərilməsi ilə bağlı olmuşdur.

Qəbulda vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin görüləcəyi bildirilmişdir.

 

Keçidlər