Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

RİH başçısının Qaratala kəndinin sakinləri ilə növbəti səyyar görüşü keçirilmişdir.

20 iyun 2023 | 18:07

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Qaratala kəndində 20 iyun 2023-ci il tarixində rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin səyyar qəbulu-görüşü keçirilmişdir.

     Rayonun hüquq-mühafizə orqanları və aidiyyəti qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların  müraciətləri dinlənilmişdir. Müraciətlər kəndin elektrik enerjisi təchizatının yaxşılaşdırılmasına,  yeni məktəb binasının tikilməsinə, içməli su probleminin həll  olunmasına, vətəndaşın həyətyanı torpaq sahəsi ilə təmin edilməsinə, pay torpaq sahəsinə gedən zəbt olunmuş yolun açılmasına köməklik göstərilməsi ilə bağlı olmuşdur.

     Qəbulda iştirak edən vətəndaşların müraciətləri dinlənilmiş, qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq  tədbirlərin görüləcəyi bildirilmişdir. 

Keçidlər