Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

RİH başçısının Qaratala kəndinin sakinləri ilə səyyar görüşü keçirilmişdir

14 iyun 2024 | 17:06

   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Qaratala kəndində rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin növbəti səyyar qəbulu-görüşü keçirilmişdir.

   Rayonun hüquq-mühafizə orqanları və aidiyyəti qurumların rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri dinlənilmişdir.

    Müraciətlər taxıl biçini üçün texnikanın verilməsinə, pay torpaq sahəsinin kəsr hissəsinin bərpasına, bələdiyyə tərəfindən həyətyanı torpaq sahəsi verilməsinə, kənddə yeni məktəb binasının tikilməsinə, kənd qəbirstanlığının yaxınlığındakı  kanalın texnika vasitəsi ilə təmizlənərək  kanala suötürücü borunun qoyulmasına, kəndə marşrut xəttinin açılmasına və I Qarabağ müharibəsi şəhidinin adının əbədiləşdirilməsi məqsədi ilə “Xatirə bulağı”nın inşa olunmasına köməklik göstərilməsi ilə bağlı olmuşdur.

   Qəbulda vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin görüləcəyi bildirilmişdir.

Keçidlər