Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

RİH başçısının Qaxbaş kəndində sakinlərlə növbəti səyyar görüşü keçirilmişdir.

14 sentyabr 2022 | 10:42

    Qaxbaş  kəndində 13 sentyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin səyyar qəbulu-görüşü keçirilmişdir.

     Rayonun hüquq-mühafizə orqanları və aidiyyəti qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların  müraciətləri dinlənilmişdir. Müraciətlər kəndin  orta məktəbinin qarşısındakı avtomobil yoluna piyada keçidinin qoyulmasına, məişət tullantıları üçün nəzərdə tutulan konteynerlərin sayının artırılmasına, qonşu hasarının kənarı ilə su arxının çəkilməsi üçün ərazidə olan kol-kosun təmizlənməsinə, kənddə yeni uşaq bağçası binasının tikilməsinə köməklik göstərilməsi ilə bağlı olmuşdur.

     Qəbulda iştirak edən vətəndaşların müraciətləri dinlənilmiş, qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq  tədbirlərin görüləcəyi bildirilmişdir. Sonda şəhid ailəsi və qazilərlə   görüş keçirilmişdir.

 

Keçidlər