Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

RİH başçısının Qaxingiloy kəndində sakinlərlə növbəti səyyar görüşü keçirilmişdir.

30 noyabr 2022 | 09:34

  Qaxingiloy kəndində 29 noyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin səyyar qəbulu-görüşü keçirilmişdir.

    Rayonun hüquq-mühafizə orqanları və aidiyyəti qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların  müraciətləri dinlənilmişdir. Müraciətlər kənddə yeni asfalt salınmış küçənin işıqlandırılmasına, islahat dövründə vətəndaşların mülkiyyətinə verilmiş bağ sahələrinin sənədləşməsinə  köməklik göstərilməsi ilə bağlı olmuşdur.

    Qəbulda iştirak edən vətəndaşların müraciətləri dinlənilmiş, qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq  tədbirlərin görüləcəyi bildirilmişdir. Sonda Vətən müharibəsi iştirakçıları və qazilərlə görüş keçirilmişdir.

Keçidlər