Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

RİH başçısının Qazmalar kəndinin sakinləri ilə növbəti səyyar görüşü keçirilmişdir.

04 aprel 2023 | 17:19

     Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq  Qazmalar kəndində  rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin səyyar qəbulu-görüşü keçirilmişdir.

     Rayonun hüquq-mühafizə orqanları və aidiyyəti qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların  müraciətləri dinlənilmişdir. Müraciətlər kəndin giriş yolunun təmiri üçün qum-çınqılın tökülməsinə, kəndə qaz xəttinin çəkilməsinə, qəzalı elektrik dirəklərinin dəyişdirilməsi və elektrik naqillərinin tarımlaşdırılmasına, zəbt olunmuş bağ yolunun açılmasına köməklik göstərilməsi ilə bağlı olmuşdur.

      Qəbulda iştirak edən vətəndaşların müraciətləri dinlənilmiş, qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq  tədbirlərin görüləcəyi bildirilmişdir. 

 

Keçidlər