Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

RİH başçısının Qazmalar kəndinin sakinləri ilə səyyar görüşü keçirilmişdir

08 may 2024 | 16:53

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Qazmalar  kəndində rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin növbəti səyyar qəbulu-görüşü keçirilmişdir.

Rayonun hüquq-mühafizə orqanları və aidiyyəti qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri dinlənilmişdir.

Müraciətlər kəndə qaz xəttinin çəkilməsinə, vətəndaşa bağ sahəsinə getmək üçün yol yerinin verilməsinə, kəndin 30 təsərrüfatının olduğu hissəsində artezyan quyusunun qazılmasına, kəndin ibtidai məktəbinin fəaliyyətinin dayandırılmasının qarşısının alınmasına

köməklik göstərilməsi ilə bağlı olmuşdur.

Qəbulda vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin görüləcəyi bildirilmişdir.

                                           

Keçidlər