Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

RİH başçısının Qındırğa kəndinin sakinləri ilə növbəti səyyar görüşü keçirilmişdir.

11 aprel 2023 | 16:41

     Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq  Qındırğa kəndində 11 aprel 2023-cü il tarixində rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin səyyar qəbulu-görüşü keçirilmişdir.

     Rayonun hüquq-mühafizə orqanları və aidiyyəti qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların  müraciətləri dinlənilmişdir. Müraciətlər kəndin bir hissəsindən keçən çayın məcrasının təmizlənməsinə, içməli su probleminin həll olunmasına,  giriş yolunun təmiri üçün texnikanın ayrılmasına köməklik göstərilməsi ilə bağlı olmuşdur.

      Qəbulda iştirak edən vətəndaşların müraciətləri dinlənilmiş, qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq  tədbirlərin görüləcəyi bildirilmişdir. 

 

Keçidlər