Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

RİH başçısının Qıpçaq kəndində sakinlərlə növbəti səyyar görüşü keçirilmişdir

19 oktyabr 2022 | 18:11

Qıpçaq  kəndində 18 oktyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin səyyar qəbulu-görüşü keçirilmişdir.

Rayonun hüquq-mühafizə orqanları və aidiyyəti qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri dinlənilmişdir. Müraciətlər vətəndaşın özünə və həmkəndlilərinə məxsus pay torpaq sahəsinin örüş sahəsi ilə sərhədlərinin müəyyən olunmasına, kəndin yeni yaşayış massivinə içməli su xəttinin çəkilməsinə, kənddə elektrik enerjisinin verilişi ilə bağlı problemin həll olunmasına, vətəndaşın bağ sahəsinə gedən yolun qonşusu tərəfindən zəbt olunduğuna görə tədbir görülməsinə köməklik göstərilməsi həmçinin  kənddə yeni inşa olunmuş uşaq bağçasının nə zaman fəaliyyətə başlayacağı barədə məlumat verilməsi ilə bağlı olmuşdur.

Qəbulda iştirak edən vətəndaşların müraciətləri dinlənilmiş, qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin görüləcəyi bildirilmişdir. Sonda Vətən müharibəsi iştirakçıları ilə görüş keçirilmişdir.

 

Keçidlər