Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

RİH başçısının Qıpçaq kəndinin sakinləri ilə növbəti səyyar görüşü keçirilmişdir.

06 dekabr 2023 | 17:32

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Qıpçaq kəndində rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin növbəti səyyar qəbulu-görüşü keçirilmişdir.

Rayonun hüquq-mühafizə orqanları və aidiyyəti qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri dinlənilmişdir.

Müraciətlər kəndin 70 təsərrüfatını əhatə edən ərazidə elektrik enerjisi təchizatının yaxışılaşdırılması üçün yeni transformator yarımstansiyasının qoyulmasına, həmin ərazidə kənddaxili yolun təmirinə köməklik göstərilməsinə, kəndin elektrik enerjisi təchizatının yaxşılaşdırılması məqsədi ilə elektrik təsərrüfatında yenidənqurma işlərinin aparılmasına, həmçinin kəndin 55 təsərrüfatının olduğu ərazidə artezian quyusunun qazılmasına köməklik göstərilməsi ilə bağlı olmuşdur.

Qəbulda vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin görüləcəyi bildirilmişdir.

Keçidlər