Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

RİH başçısının Qorağan kəndinin sakinləri ilə səyyar görüşü keçirilmişdir

07 mart 2024 | 09:47

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Qorağan kəndində rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin növbəti səyyar qəbulu-görüşü keçirilmişdir.

Rayonun hüquq-mühafizə orqanları və aidiyyəti qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri dinlənilmişdir.

Müraciətlər kənd ərazisindəki qəzalı elektrik dirəklərinin dəyişdirilməsinə, yay aylarında suvarma suyunun çatmadığı bildirilərək yaranan problemlərin aradan qaldırılmasına, 60 ailənin yaşadığı küçədə içməli suyun təmin olunması üçün  artezian quyusunun qazılmasına, kənddaxili yolların, həmçinin  məcburi köçkünlərin məskunlaşdığı əraziyə gedən yolun təmir olunmasına  köməklik göstərilməsi ilə bağlı olmuşdur.

Qəbulda vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin görüləcəyi bildirilmişdir.

Keçidlər