RİH başçısının Qum kəndinin sakinləri ilə növbəti səyyar görüşü keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Qum kəndində rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin növbəti səyyar qəbulu-görüşü keçirilmişdir.
Rayonun hüquq-mühafizə orqanları və aidiyyəti qurumların rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri dinlənilmişdir.
Müraciətlər kəndə qaz xəttinin çəkilməsinə, məişət tullantılarının atılması üçün yerin ayrılmasına, kəndin yeni yaşayış massivindəki ara küçələrin təmir olunmasına, tibb məntəqəsinin dam örtüyünün təmir olunmasına, vətəndaşlara məxsus pay torpağının yaxınlığındakı çayın məcrasının texnika vasitəsilə təmizlənməsinə, fərdi yaşayış evinə elektrik sayğacının quraşdırılmasına köməklik göstərilməsi ilə bağlı olmuşdur.
Qəbulda vətəndaşların müraciətləri dinlənilmiş, qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmişdir.