Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

RİH başçısının sakinlərlə növbəti səyyar görüşü keçirilib.

19 may 2022 | 15:09

     İbaxlı kəndində 17 may 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin səyyar qəbulu-görüşü keçirilmişdir.

     Rayonun aidiyyəti qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşlar tərəfindən müraciətlər dinlənilmişdir. Müraciətlər kənddəki qəzalı elektrik dirəklərinin dəyişdirilməsi, yaşayış evinə internet xəttinin çəkilməsi, telefon xəttində olan nasazlığın aradan qaldırılması, həyətyanı torpaq sahəsindən keçən yüksək gərginlikli elektrik xəttinin yerinin dəyişdirilməsi, içməli su probleminin həll olunması, kənddə uşaq bağçasının açılmasına köməklik göstərilməsi ilə bağlı olmuşdur. Səyyar qəbuldan sonra kəndin qaziləri ilə də görüş keçirilmişdir. 

   Qəbulda iştirak edən vətəndaşların, qazilərin müraciətləri dinlənilmiş, qaldırılan məsələlərin həlli üçün rayonun müvafiq qurumlarına tapşırıqlar verilmişdir.

Keçidlər