Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

RİH başçısının sakinlərlə növbəti səyyar görüşü keçirilmişdir

16 iyun 2022 | 17:15

     Süskənd kəndində 14 iyun 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin səyyar qəbulu-görüşü keçirilmişdir.          

     Rayonun hüquq-mühafizə orqanlarının və aidiyyəti qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşlar tərəfindən müraciətlər dinlənilmişdir. Müraciətlər kəndin qazlaşdırılmasına, giriş yolunun təmir olunmasına, mövcud elektrik transformatorunun  yenisi ilə əvəzlənməsinə, futbol meydançasının texnika vasitəsilə hamarlanmasına, mal-qaranın örüş sahəsinə aparılması üçün alternativ yoldan istifadə edilməsinə, kənd sakinlərinə məxsus bağ sahələrinin sənədləşdirilməsinə, vətəndaşın özünəməxsus pay torpaq sahəsinin bir hissəsinin başqa şəxs tərəfindən istifadə edildiyi və bununla bağlı müvafiq köməklik göstərilməsi ilə əlaqədar olmuşdur.

     Qəbulda iştirak edən vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyatı  qurumlara tapşırıq və tövsiyələr verilmişdir.

 

Keçidlər