Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

RİH başçısının Sarıbaş kəndinin sakinləri ilə səyyar görüşü keçirilmişdir.

18 avqust 2022 | 11:59

    Sarıbaş  kəndində 16 avqust  2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin səyyar qəbulu-görüşü keçirilmişdir.

   Rayonun hüquq-mühafizə orqanları və aidiyyəti qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların  müraciətləri dinlənilmişdir. Müraciətlər kənddə  qəzalı elektrik dirəklərinin dəyişdirilməsinə,telefon xəttindəki nasazlığın aradan qaldırılmasına, kənd yoluna körpü salınmasına, yolun daim diqqətdə saxlanmasına və ehtiyac olduqda texnika ilə təmin olunmasına köməklik göstərilməsi ilə bağlı olmuşdur.

    Qəbulda iştirak edən vətəndaşların müraciətləri dinlənilmiş, qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıq və tövsiyələr verilmişdir. Sonda qazi Ocayev Elgün Murtuza oğlu ilə görüş olmuşdur.

Keçidlər