Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

RİH başçısının Şıxlar kəndinin sakinləri ilə növbəti səyyar görüşü keçirilmişdir.

24 yanvar 2023 | 17:59

     Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq  Şıxlar kəndində 24 yanvar 2023-ci il tarixində rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin səyyar qəbulu-görüşü keçirilmişdir.

     Rayonun hüquq-mühafizə orqanları və aidiyyəti qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların  müraciətləri dinlənilmişdir. Müraciətlər kənd məktəbinin həyətindəki qəzalı elektrik dirəklərinin dəyişdirilməsinə, yay aylarında suvarma suyunun qrafikə uyğun olaraq verilməsinə, suvarma kanalının təmizlənməsinə,  kənddaxili yola çınqılın döşənməsinə, kənd klubunun təmir olunmasına, pay torpaq sahəsinə getmək üçün yol yerinin ayrılmasına, kəndə qazın çəkilməsinə köməklik göstərilməsi  ilə bağlı olmuşdur.

      Qəbulda iştirak edən vətəndaşların müraciətləri dinlənilmiş, qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq  tədbirlərin görüləcəyi bildirilmişdir. Sonda Vətən müharibəsi iştirakçısı ilə görüş keçirilmişdir.

Keçidlər