Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

RİH başçısının Şıxlar kəndinin sakinləri ilə səyyar görüşü keçirilmişdir

05 fevral 2024 | 18:15

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Şıxlar kəndində rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin növbəti səyyar qəbulu-görüşü keçirilmişdir.

Rayonun hüquq-mühafizə orqanları və aidiyyəti qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri dinlənilmişdir.

Müraciətlər kəndin giriş hissəsinə asfalt örtüyünün salınmasına, kəndə qaz çəkilişinin tezləşdirilməsinə, pay torpaq sahəsinə yaxın ərazidəki çayın məcrasının texnika vasitəsi ilə təmizlənməsinə, pay torpaq sahəsinin kəsir hissəsinin verilməsinə köməklik göstərilməsi ilə bağlı olmuşdur.

Qəbulda vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin görüləcəyi bildirilmişdir.

 

Keçidlər