Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

RİH başçısının Şotavar kəndində sakinlərlə növbəti səyyar görüşü keçirilmişdir.

16 dekabr 2022 | 17:58

Şotavar  kəndində 16 dekabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin səyyar qəbulu-görüşü keçirilmişdir.

 Rayonun hüquq-mühafizə orqanları və aidiyyəti qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların  müraciətləri dinlənilmişdir. Müraciətlər kənddə  məktəbin həyətindən keçən elektrik xətlərinin təmirinə və qəzalı elektrik dirəklərinin dəyişdirilməsinə, içməli su probleminin həll olunmasına,  kənd yolunun texnika vasitəsilə təmir olunmasına, suvarma kanalının təmirinə və onun təmizlənməsinə köməklik göstərilməsi ilə bağlı olmuşdur.

 Qəbulda iştirak edən vətəndaşların müraciətləri dinlənilmiş, qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq  tədbirlərin görüləcəyi bildirilmişdir. Sonda şəhid ailələri və qazilərlə görüş keçirilmişdir.

Keçidlər