RİH başçısının Süskənd kəndinin sakinləri ilə səyyar görüşü keçirilmişdir
11 iyun 2024 | 16:37
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Süskənd kəndində rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin növbəti səyyar qəbulu-görüşü keçirilmişdir.
Rayonun hüquq-mühafizə orqanları və aidiyyəti qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri dinlənilmişdir.
Müraciətlər kəndin içməli su təminatının yaxşilaşdırılmasına, suvarma suyunun kəndə qaytarılması üçün texnikanın verilməsinə, rabitə xətti çəkilən ərazidə yerin hamarlanmasına köməklik göstərilməsi ilə bağlı olmuşdur.
Qəbulda vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin görüləcəyi bildirilmişdir.