Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

RİH başçısının Tasmalı kəndində sakinlərlə növbəti səyyar görüşü keçirilmişdir.

05 oktyabr 2022 | 10:55

   Tasmalı kəndində 4 oktyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin səyyar qəbulu-görüşü keçirilmişdir.

   Rayonun hüquq-mühafizə orqanları və aidiyyəti qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların  müraciətləri dinlənilmişdir. Müraciətlər kənddə içməli su probleminin həllinə köməklik göstərilməsi, kənddaxili yollarda yaranmış çalaların təmir olunması, kənddə vətəndaşlara məxsus bağ sahələrinin sənədləşməsinə və bağ sahələrinə gedən zəbt olunmuş yolların açılmasına köməklik göstərilməsi, ərazidə elektrik enerjisinin zəif olması probleminin həlli, kənd təsərrüfatı ilə məşğul olmaq üçün bələdiyyənin ehtiyat fondundan torpaq sahəsi ilə təmin olunmasına köməklik göstərilməsi, kənd məktəbinin kanalizasiya sistemində yaranmış problemin həlli, uşaq  bağçasına odun yanacağının verilməsinin tezləşdirilməsi və bağçanın təmir olunmasına köməklik gösrtərilməsi ilə bağlı olmuşdur.

    Qəbulda iştirak edən vətəndaşların müraciətləri dinlənilmiş, qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq  tədbirlərin görüləcəyi bildirilmişdir. Sonda Vətən müharibəsi iştirakçıları ilə görüş keçirilmişdir.

 

Keçidlər