RİH başçısının Tasmalı kəndinin sakinləri ilə növbəti səyyar görüşü keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Tasmalı kəndində rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin növbəti səyyar qəbulu-görüşü keçirilmişdir.
Rayonun hüquq-mühafizə orqanları və aidiyyəti qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri dinlənilmişdir. Müraciətlər kənddə fəaliyyət göstərən körpələr evi-uşaq bağçasının və əkin sahələrinə gedən yolun üzərindəki suvarma kanalının təmir olunmasına, vətəndaşlara məxsus bağ sahələrinin sənədləşdirilməsinə, kənd sakininə ünvanlı sosial yardım verilməsinə, kənd təsərrüfatı ilə məşğul olmaq üçün bələdiyyənin ehtiyat fondundan 1 ha torpaq sahəsinin vətəndaşa icarəyə verilməsinə köməklik göstərilməsi ilə bağlı olmuşdur.
Qəbulda vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin görüləcəyi bildirilmişdir.